Haqqımızda
Biz kimik harada fəaliyyət göstəririk?
Unipromo şirkəti Türkiyənin İstanbul şəhərində yerləşir. Biz reklam və promo məhsullarının topdan satışı ilə məşğul oluruq. Depomuz və istehsal yerimiz də həmçinin İstanbuldadır. 5000-ə yaxın məhsul çeşidimiz ilə şirkətlər üçün çox müxtəlif promo məhsulları istehsal etmək imkanımız var.
Promo məhsullar nə deməkdir?
Şirkətinizin promo məhsullarının olması nə üçün vacibdir? İşçilərinizi şirkətə daha da doğmalaşdırmaq, reklam kampaniyalarınızı müştərilərinizə fəxrlə təqdim edə bilmək və iş görüşlərində hədiyyə etmək üçün sizin də promo məhsullarınız mütləq olmalıdır.
Promo məhsulları hansı müddətdə çatdırırıq?
Biz sifarişlərinizi mümkün qədər tez və sağlam bir şəkildə çatdırmağa çalışırıq. Sifariş etdiyiniz məhsulların sayı və növündən asılı olaraq istehsal prosesi 3-10 iş günü çəkir. İstanbuldan Bakıya çatdırılma müddəti isə 12-15 iş günüdür.



















